Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 210 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 564 837, ölənlərin sayı isə 7 806 nəfərə çatıb. Virusa yoluxanlardan 514 768 nəfərin sağaldığı bildirilir.