Dələduzluqda təqsirləndirilən müəllimə hökm oxunub

Dələduzluqda təqsirləndirilən müəllimə hökm oxunub
# 21 avqust 2017 15:36 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Validə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Abbasova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakının Binəqədi rayon sakini Validə Əsəd qızı Əbilova özgənin əmlakını ələ keçirmək məqsədilə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi-9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Məharət İzzətəli oğlu İsmayılov, Leyla Hüseyn qızı Hüseynova, Samirə Səxavət qızı Bağırova, Əbil Cəmil oğlu Əbilov və İlham Qiyas oğlu İbişova qarşı dələduzluq etməkdə təqsirləndirilir.

Validə Əbilova 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə Əbilova barəsində şikayət ediblər. Validə Əbilova zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq, istintaqa cəlb ediblər.

Validə Əbilova (Əsədova) 276 saylı məktəb-liseydə müəllimə kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR