Malidə BMT missiyasına silahlı hücum olub, ölənlər var - YENİLƏNİB

Malidə BMT missiyasına silahlı hücum olub, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2017 00:18 (UTC +04:00)

Malidə naməlum silahlıların BMT missiyasının bazasına hücumu nəticəsində 6 nəfər ölüb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Timbuktu şəhərində qeydə alınıb.

Məlumata əsasən, BMT missiyasına hücum edən silahlılar zərərsizləşdirilib. Hadisə nəticəsində xeyli sülhməramlıların yaralandığı bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl Timbuktu şəhərinə MINUSMA-nın Çevik Hərəkat Dəstəsi və hərbi helikopterlərin göndərildiyi bildirilirdi.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

***

23:26

Malidə BMT-nin missiyaları silahlı hücuma məruz qalıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.

Onun sözlərinə görə, avqustun 14-də Malinin mərkəzində naməlum silahlılar missiyanın düşərgəsinə hücum edib. Nəticədə bir missiya əməkdaşı və bir BMT sülhməramlısı ölüb, iki silahlı məhv edilib. Bir neçə saatdan sonra isə BMT-nin Timbuktudakı missiyasına hücum edilib. F.Haq orada atışmanın davam etdiyini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR