Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb

Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb
# 18 sentyabr 2017 12:41 (UTC +04:00)

Dövlət başçısının avtonəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz gediş- gəlişini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlara əsasən "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir.

Belə ki, küçənin "Qələbə dairəsi"nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.

Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfüqi nişanlanma xətləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR