Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 252 m² (hər mərtəbəsi 126 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.