ARDNF rəsmi internet səhifəsini yeniləyəcək

ARDNF rəsmi internet səhifəsini yeniləyəcək
# 25 oktyabr 2017 07:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) rəsmi internet səhifəsinin yeni dizaynda tərtib edilməsi və müasir standartlara uyğun şəkildə proqramlaşdırılması məqsədilə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq xidmət təklifləri sorğusunun satınalınmasını elan edir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, müsabiqə iştirakçıları xidmət təklifləri sorğusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər 14 noyabr 2017-ci il yerli vaxtla saat 18:00-dək ARDNF-ə təqdim edilməlidir.

Təklif zərfləri 15 noyabr 2017-ci il yerli vaxtla saat 11:00-da ARDNF-də (Bakı şəhəri, H.Əliyev prospekti 165, AZ1029) açılacaq. Maraqlananlar əlavə məlumat üçün ARDNF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR