İspaniya hökuməti müstəqilliklə bağlı referendumları qanuniləşdirə bilər

İspaniya hökuməti müstəqilliklə bağlı referendumları qanuniləşdirə bilər
# 08 noyabr 2017 15:36 (UTC +04:00)

"İspaniya hökuməti müstəqilliklə bağlı referendumları qanuniləşdirə bilər”.

APA-nın “BBC News”a istinadən verdiyi xəbərə görə, bunu İspaniya xarici işlər naziri Alfonso Dastis bildirib.

O qeyd edib ki, bununla da ölkə Kataloniya məsələsinin yaratdığı problemlərin öhdəsindən gəlməyi düşünür: “Bununla bağlı krallıqda referendum keçirilə bilər. Biz bu məsələnin konstitusiyaya salınması imkanlarını araşdırmaq üçün parlament komitəsi yaratmışıq. Lakin qərar bütün ispanlar tərəfindən verilməlidir”.

Xatırladaq ki, bu il oktyabrın 27-də Kataloniya parlamenti İspaniyadan ayrılmağa dair qərar qəbul edib. Buna cavab olaraq İspaniya hökuməti Kataloniya parlamentini buraxıb və regionda birbaşa idarəçiliyi tətbiq edib. Dekabrın 21-nə isə növbədənkənar seçkilər təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR