Qubada yanğınların yayılmasının qarşısı alınıb - YENİLƏNİB-1

Qubada yanğınların yayılmasının qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB-1
# 30 iyul 2018 17:22 (UTC +04:00)

Qubada yanğınların yayılmasının qarşısı alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Bildirilir ki, Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

*** 17.49

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.

İlkin məlumata görə, qeyd olunan ərazidə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.

***

14.30

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.


Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR