Bank Of Baku

Dövlət Agentliyi qazinin pensiyasının kəsilməsinə münasibət bildirib

Rizvan Qarayev

© APA | Rizvan Qarayev

# 28 yanvar 2022 13:38 (UTC +04:00)

Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğluna yenə də əlillik təyin edilib və ona verilən sosial ödəniş kəsilməyib. Rizvan Qarayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Bu barədə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Vurğulanıb ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində olan diaqnoz üzrə qanunvericiliyə uyğun olaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar III dərəcə müddətsiz (ömürlük) əlillik təyin olunub.

“Əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən götürülür. O, əliliyə görə bütün sosial ödənişlərini də həmin vaxtdan hesablanmaqla alacaq. Bu barədə onun özünə də elə müayinədən sonra məlumat verilib. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü halında və digər ətraflarda və orqanlarda patofunksional pozuntular olmadıqda III dərəcə əlillik təyin edilməsi nəzərdə tutulub”, - qeyd olunub.

Qeyd edək ki, aprel döyüşlərinin iştirakçısı Rizvan Qarayev hərbi səbəblə əlaqəli əlilliklə bağlı pensiya təyinatının dayandırılması barədə sosial şəbəkədə videomüraciət yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR