Somalidə partlayış qurbanlarının sayı 231 nəfərə çatıb - YENİLƏNİB-2

Somalidə partlayış qurbanlarının sayı 231 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-2
# 15 oktyabr 2017 16:28 (UTC +04:00)

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Hürriyet” qəzeti Somali informasiya naziri Abdullah Ömərə istinadən məlumat yayıb.

Xəstəxanalarda 275 yaralı var.

***

saat 16.20

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “ i24 News ” telekanalı Somali polisinə istinadən məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 85 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilmişdi.

***

saat 13.18

Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 250 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan öncə partlayış nəticəsində 40 nəfərin öldüyü bildirilmişdi.

Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR