Gürcüstanda 74 Azərbaycan vətəndaşı cəza çəkir

Gürcüstanda 74 Azərbaycan vətəndaşı cəza çəkir
# 08 fevral 2018 13:25 (UTC +04:00)

2017-ci ilin dekabr ayına olan məlumata əsasən, Gürcüstanda həbsxanalarda 74 Azərbaycan vətəndaşı saxlanılır.

APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 25-i təqsirləndirilən, 49-u isə məhkum olunmuş şəxsdir. Təqsirləndirilənlərdən 24-ü kişi, 1-i qadın, məhkumların isə 46-sı kişi, 3-ü qadındır.

Gürcüstanda ümumilikdə 447 əcnəbi həbs cəzası çəkir. Onların 157-si təqsirləndirilən, 290-ı isə məhkum olunmuş şəxsdir. Həbs cəzası çəkən xarici vətəndaşlar arasında birinci yeri 117 nəfərlə Türkiyə tutur.

Qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının sayı 56, İran vətəndaşlarının sayı 35, Ermənistan vətəndaşlarının sayı isə 25 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR