Avropa Liqası: "İnter" - "Hafnarfyordur" - 2:2 - VİDEO

Avropa Liqası: "İnter" - "Hafnarfyordur"  - 2:2 - <span style="color: red;">VİDEO
# 23 iyul 2015 20:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” İslandiya “Hafnarfyordur”u ilə qarşılaşıb.

Tarixində ilk dəfə III mərhələyə keçmək istəyən “İnter” meydana səfərdə qazandığı 2:1 hesablı qələbənin rahatlığı ilə çıxmışdı. Oyun isə gözlənildiyi kimi sönük başladı.

İlk hissənin sonlarında “bankirlər” hesabı açaraq vəziyyəti bir az da öz xeyirlərinə dəyişdilər.

Ancaq ikinci hissədə rəqibin ard-arda vurduğu iki qol oyunu əlavə vaxta apardı.

Əlavə olunmuş ilk 15 dəqiqənin 1-ci dəqiqəsində isə Rauf Əliyev fərqlənərək oyunda hesabı 2:2, ümumi hesabda isə 4:3 etdi. Matç bu hesabla başa çatdı.

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

"İnter" (Bakı, Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) - 2:2

Qol: Abbas Hüseynov, 45+1, Rauf Əliyev, 91 - Valdimarsson, 47, Finnboqasson, 52

İlk oyun – 2:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR