Bakıda arvadını bıçaqlayan şəxsin ittiham olunduğu maddə ağırlaşdırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib, ötən il dekabrın 11-də paytaxtın Nizami rayon sakini, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılovaya əri Pərvin Ağayev tərəfindən bıçaqla xəsarətlər yeirilməsi faktı ilə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı əməldə “qəsdən adam öldürməyə cəhd” cinayətinin əlamətləri müəyyən edildiyindən cinayət işi üzrə əməl CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsinə tövsif olunaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.
Hazırda Nizami rayon prokurorluğunda istintaq davam edir.