Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb
# 08 iyul 2017 03:24 (UTC +04:00)

Yaponiyanın cənub-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Son sutka ərzində daha 9 nəfərin meyiti aşkarlanıb, 14 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakətlə üzləşmiş Fukuoka və Oita prefekturalarında 2 mindən çox insan təxliyə məntəqələrinə yerləşdirilib. Yaponiyanın Küsü adasında son günlər çoxsaylı daşqın və torpaq sürüşmələri qeydə alınıb. Regionda yaşayış evləri, avtomobil yolları, dəmiryol körpüləri dağılıb. Bir sıra yaşayış məntəqələri ilə əlaqə kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR