"Azəristiliktəchizat" tender keçirir

"Azəristiliktəchizat" tender keçirir
# 06 oktyabr 2017 07:08 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC açıq tender elan edir.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 3 lot üzrə keçirilir:

Lot -1. İstilik təchizatı təsərrüfatlarında “Maz”, “Zil”, “Kamaz”, “MTZ”, “Hidromek”, “Qazel” markalı avtomaşınlar və xüsusi texnika üçün ehtiyat hissələrinin, servis

xidmətlərinin satınalınması;

Lot -2. İstilik təchizatı obyektləri üçün müxtəlif təyinatlı mal-materialların satınalınması;

Lot -3. İstilik şəbəkələrində qəza-təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış

şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

İştirak haqqı hər bir lot üçün 100 manatdır və heç bir halda geri qaytarılmır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 noyabr 2017-ci il saat 16:00-dək, tender təklifi və bank

təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 noyabr 2017-ci il saat 16:00-dək “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 3 nömrəli

ünvana təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 20 noyabr 2017-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR