Məmmədyarov BƏƏ XİN başçısını qəbul edib

Məmmədyarov BƏƏ XİN başçısını qəbul edib
# 05 aprel 2018 13:19 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə naziri Ənvər Qarqaşı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov Azərbaycanın tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini ifadə edib.

Ə. Qarqaşı ölkəmizə səfərindən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssürat doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Ə. Qarqaşı prezident İlham Əliyev tərəfindən qəbul edildiyini və görüşün çox səmərəli olduğunu, ikitərəfli əlaqələrin bir çox sahələrinin müzakirə edildiyini bildirib. Qonaq həmçinin, Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.

E. Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O, BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyinin, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinin və iki ölkə arasında çoxtərəfli formatlarda əməkdaşlığın yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR