Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 14 avqust 2017 10:23 (UTC +04:00)

Bərdə rayonunda avtomobil yolu keçən qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 03.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR