"Qala Həyat Sığorta"nın aktivləri 11,5% azalıb

"Qala Həyat Sığorta"nın aktivləri 11,5% azalıb
# 21 iyul 2017 07:59 (UTC +04:00)

2017-ci ilin I yarısında "Qala Həyat Sığorta" şirkətinin aktivləri ilin əvvəli ilə müqayisədə 11,48% azalaraq 40 mln. 457,037 min manat təşkil edib.

"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, aktivlərin 14 mln. 227,956 min manatı uzunmüddətli (-14,33%), 26 mln. 229,080 min manatı qısamüddətlidir (-9,86%).

Hesabat dövründə şirkətin öhdəlikləri 22,72% azalaraq 21 mln. 627,808 min manata enib. Öhdəliklərin 20 mln. 699,228 min manatı uzunmüddətli (-24,58%), 928,578 min manatı isə qısamüddətlidir (+72,44%).


Həyat sığortaçısının nizamnamə kapitalı dəyişməyərək 12,870 mln. manat olaraq qalıb. Bununla yanaşı, şirkətin cəmi kapitalı 6,26% artaraq 18 mln. 829,230 min manata çatıb.


"Qala Həyat Sığorta" ilin ilk yarısını 1 mln. 109,019 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR