Dayaq-hərəkət sistemi xəstəlikləri olan əlillər Bolqarıstana göndəriləcək
03 avqust 2012 13:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Avqustun 6-da ilk dəfə olaraq Azərbaycandan 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstana yola salınacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək.
Bu gün nazirlikdə Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə görüş keçirilib. Görüşdə qeyd edilib ki, hər il əlilliyi olan şəxslər qrup halında Ukraynanın Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilir və həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. Bu il nazirliklə Bolqarıstanın Əmək və Sosial Siyasət Nazirliyi arasında əldə edilmiş anlaşmaya əsasən, dayaq-hərəkət sistemi xəstəlikləri olan əlillərin bu ildən həmin ölkədəki sanatoriyalarda müasir müalicə metodları əsasında bərpa müalicələrinin təşkilinə başlanır.

Sosial
Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsinə dair prinsip müəyyənləşir
10:00
22 may 2024
Əlil və sabiq deputatlar, MSK üzvləri, ombudsman və Hesablama Palatasının üzvlərinin pensiyasına əlavələr yeni qaydada hesablanacaq
10:00
22 may 2024
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş hərbçilərin pensiyasına əlavələrin hesablanması qaydası dəyişir
10:00
22 may 2024
Sosial yardım alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalana bilərlər
09:00
22 may 2024