Göyçayda baş verən yanğında 10 baş heyvan tələf olub

Göyçayda baş verən yanğında 10 baş heyvan tələf olub
# 18 mart 2014 06:45 (UTC +04:00)

Bakı – APA. Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə və tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlaması yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş xirdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR