® Rabitəbank fəaliyyətinin 23 illiyini qeyd edir

<font color=red>® </font> Rabitəbank fəaliyyətinin 23 illiyini qeyd edir
# 30 iyun 2016 11:57 (UTC +04:00)

Müstəqil Azərbaycanın ilk banklarından biri kimi 1993-cü ildən etibarən fəaliyyətə başlayan Rabitəbank ASC 30 iyun tarixində 23 illiyini qeyd edir.

Bu illər ərzində Rabitəbank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən yüksək xidmət keyfiyyətini ildən ilə inkişaf etdirmiş, onların məmnuniyyətini və etibarını qazanmağa nail olmuşdur. Təsadüfi deyildir ki, Rabitəbank 2010-cu ildə Standard and Poor's şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri olaraq seçilmişdir və davamlı olaraq ölkənin bu sahədə qabağcıl yerlər tutmuşdur.

Artıq 23 ildir ki, Rabitəbank filial şəbəkəsi vasitəsilə əhaliyə kiçik və orta biznesə geniş çeşidli xidmətlər təklif etməkdə davam edir. Biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqla yanaşı yerli və beynəlxalq səviyyədə müxtəlif maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda uğurla davam etdirməkdədir. Bu illər ərzində işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə professionalı öz ətrafında birləşdirməyə də müvəffəq olmuşdur.

Hal-hazırda Rabitəbank ASC 622 nəfərdən ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 1 şöbə və 22 filialı ilə müştərilərin tələblərini maksimum dərəcədə təmin edərək, müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. 25 iyun 2016-cı il tarixinə bankın ümumi aktivləri 457 milyon AZN, kapitalı isə 60 milyon AZN təşkil etmişdir.

Bu gün Rabitəbankın peşəkar menecmentinin qarşısında duran əsas hədəflər biznes proseslərini səmərəli idarə etmək, bankın filial şəbəkəsini daha da genişləndirmək, müştərilərə göstərilən xidmətlərin sayını artırmaq və təkmilləşdirmək, beynəlxalq tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR