Dow Jones indeksi tarixi maksimumunu yenidən təzələyib

Dow Jones indeksi tarixi maksimumunu yenidən təzələyib
# 07 mart 2013 06:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 14 296 bəndədək, S&P 500 0,1% - 1 542 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 224 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. Belə ki, fevral ayında ölkənin bütün 12 dairəsində iqtisadi artım müşahidə olunub, ölkənin özəl şirkətlərində iş yerlərinin sayı isə yanvarla müqayisədə 198 min artıb. Qeyd edək ki, Dow Jones indeksi ardıcıl iki gündür ki, tarixi maksimumunu yeniləyir.

Avropa fond bazarlarında martın 6-da FTSE 100 indeksi 0,1% - 6 428 bəndədək enib, Almaniya DAX-ı 0,6% - 7 919 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 774 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 583,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2992 (-0,6%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR