“Mənim Gənclər Təşkilatım” layihəsi yekunlaşıb

“Mənim Gənclər Təşkilatım” layihəsi yekunlaşıb
# 05 noyabr 2014 09:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. ”İRƏLİ” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə “Mənim Gənclər Təşkilatım” layihəsinə yekun vurub.

Təşkilatdan APA-ya verilən məlumata görə, layihə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında keçirilib.

“Mənim Gənclər Təşkilatım” ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün lazım olan katibliklərdən ibarət komandalar formalaşıb. Layihə düşərgə formatında keçirilib. Ümumilikdə 7 region gənclərini əhatə edən layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanışlıq, gənclərin layihədə iştirakını artırmaqla ,onların inkişafına dəstək vermək olub. Həmçinin layihə çərçivəsində yeni təlim modulu yaradılıb.

Layihənin sonunda gənclərə şəhadətnamələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR