Milli Şuranın növbəti sessiyası keçirilib - VİDEO

Milli Şuranın növbəti sessiyası keçirilib - <span style="color: red;">VİDEO
# 29 mart 2014 13:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın növbəti sessiyası keçirilib.


APA-nın məlumatına görə, sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti və cari məsələlər daxil edilib.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, artıq qurumun yeni əsasnaməsi qəbul edilib.

AXCP sədri Əli Kərimli isə Ukrayna hadisələrdən danışıb. O, hökumətin Ukraynanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatını müsbət addım kimi qiymətləndirib.

AXCP sədri Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə də toxunub. O, Milli Şuranın seçkilərlə bağlı qeyri-müəyyənlik içində olduğunu etiraf edib: “Seçkilərə az vaxt qalıb. Ona görə də Milli Şuranın nümayəndə heyətini yaratmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR