Liman şəhərində fərdi evində yanğın olub

Liman şəhərində fərdi evində yanğın olub
# 29 iyul 2013 15:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Liman şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 29-da günorta saatlarında Liman şəhər sakini, 1951-ci il təvəllüdlü Ramazan Dadaş oğlu Babayevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 140 kvadratmetr olan 6 otaqlı evin birinci mərtəbəsindəki mətbəx içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR