Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub
# 23 may 2013 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd edilir.

APA-nın xəbərinə görə, Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncama uyğun olaraq ölkədə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə məlumat verib.

Daha sonra Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 10 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edib. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə prezidentinə müraciəti qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR