“Buba - eşqlə olum arasında” filminin mətbuat nümayəndələri üçün baxışı keçirilib

“Buba - eşqlə olum arasında” filminin mətbuat nümayəndələri üçün baxışı keçirilib
# 12 noyabr 2013 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində “Buba - eşqlə olum arasında” filminin mətbuat nümayəndələri üçün baxışı keçirilib.

APA-nın məlumatına görə, film tarixi dram janrında çəkilib, real hadisələrə əsaslanıb, hadisələr XIX əsrin sonu XX əsrin əvvəllərində cərəyan edir.

Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, ssenari müəllifi Əliyar Əliyevdir. Baş rollarda Emin Sevdiməliyev, xalq artistləri Tariyel Qasımov, Hacı İsmayılov, əməkdar artist Suğra Bağırzadə, Qurban İsmayılov və başqaları çəkiliblər. Filmdə Bakı teatrlarının, Qusar Ləzgi Dövlət Dram Teatrının aktyorları da rol alıblar.

“Buba - eşqlə olum arasında” ekran əsəri “Sproduction” studiyasının məhsuludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR