Serb komedioqraf və dramaturqu Branislav Nuşiçin “Ramazan axşamları” miniatür kitabı dərc edilib

Serb komedioqraf və dramaturqu Branislav Nuşiçin “Ramazan axşamları” miniatür kitabı dərc edilib
# 16 iyul 2013 16:37 (UTC +04:00)

Bakı – APA. Serbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə serb komedioqraf və dramaturqu Branislav Nuşiçin “Ramazan axşamları” miniatür kitabı dərc edilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, səfir Zoran Vayoviç bu barədə aşağıdakıları söyləyib: “Əminliklə deyə bilərəm ki, elmi və mədəni əməkdaşlıq və mübadilə xalqlar arasında qarşılıqlı anlaşmaya dəstək olur, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə imkan yaradır. Sizə təqdim olunan rus dilinə tərcümə olunmuş “Ramazan axşamları” hekayələr toplusu Azərbaycan ictimaiyyətinə Serbiyanın ədəbi əsərlərindən biriylə yaxından tanışlıq imkanı yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR