Ukraynanın Baş Prokuroru: Kiyevdə toqquşmalarda 100-dək insan xəsarət alıb

Ukraynanın Baş Prokuroru: Kiyevdə toqquşmalarda 100-dək insan xəsarət alıb
# 18 fevral 2014 19:41 (UTC +04:00)

APA-nın “RİA Noxosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş Prokuroru Viktor Pşonka bildirib.

“Operativ məlumata əsasən, toqquşmalarda artıq 100-dək insan xəsarət alıb”, Pşonka bildirib.

O qeyd edib ki, hər bir xəsarət alana, yandırılmış avtomobilə və sındırılmış şüşəyə görə, kütləvi iğtişaşların təşkilatçıları məsuliyyətə cəlb olunacaqlar”.

Pşonka qeyd edib ki, Baş Prokurorluq insanları aksiyaya təhrik edən və bu aksiyanı təşkil edən şəxslər barəsində ən ciddi cəza tələb edəcək. “Bu günkü hadisələrə görə heç kəs məsuliyyətdən yayınmayacaq”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR