"Petkim" neft-kimya kompleksi istehsal gücünü artırıb

"Petkim" neft-kimya kompleksi istehsal gücünü artırıb
# 31 avqust 2015 13:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics.n Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan "Petkim" neft-kimya kompleksi ildə istehsal gücünü artırıb.

APA-Economics”in məlumatına görə, bu barədə “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz jurnalistlərə İzmirə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, "Petkim" neft-kimya kompleksi istehsal gücünü 3,2 mln. tondan 3,6 mln. tona çatdırıb.

K. Yavuz deyib ki, "Petkim" neft-kimya kompleksindəki Etilen fabrikində tutumu 13%, PTA fabrikində isə tutumun 50% artırmaq üçün maliyyə yatırımları tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR