Bank Of Baku

Bakıda 60 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda 60 yaşlı kişinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 24 may 2019 12:42 (UTC +04:00)

Bakıda törədilən qətllə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan ONA-ya verilən məlumata əsasən, mayın 24-ü 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və  meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR