Azərbaycan Əfqanıstanın gömrük kadrlarının hazırlığında iştirak etmək niyyətindədir

Azərbaycan Əfqanıstanın gömrük kadrlarının hazırlığında iştirak etmək niyyətindədir
# 28 fevral 2013 15:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan narkotiklərlə mübarizə, o cümlədən gömrük limanlarının modernləşdirilməsi və kadrların kvalifikasiyasının artırılması sahəsində Əfqanıstana əməkdaşlıq təklif edib.

APA-nın Əfqanıstan KİV-nə istinadən xəbərinə görə, bunu Kabulda səfərdə olan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

O, Əfqanıstan tərəfinə kinoloqlar üçün qısamüddətli kurslar keçilməsini və xüsusi təlim görmüş itlərdən istifadəni narkotiklərlə mübarizə qurumlarının fəaliyyətində tətbiq etməyi təklif edib: “Əgər Əfqanıstan razılaşarsa, biz kadrların təlim mərkəzini təşkil etməyə hazırıq”.

Öz növbəsində Əfqanıstan tərəfi Azərbaycana ölkənin gömrük sisteminin modernləşdirilməsi və iqtisadiyyatın xarici investorlar üçün cəlbedicilik səviyyəsini artırmağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR