MM-in komitə sədri: “Ümid edirəm ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müsbət həll olunacaq”

MM-in komitə sədri: “Ümid edirəm ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müsbət həll olunacaq”
# 22 fevral 2013 08:12 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Milli Məclisdə magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi qaldırılacaq”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi çox vacibdir: “Elmə gənc insanlar gəlməlidir. Təcrübə göstərir ki, hərbi xidmətə getmək istedadlı gənclərin bir çoxunu elmdən uzaqlaşdırır. Bu məsələni qaldıracağıq. Lakin müstəsna səlahiyyət ölkə prezidentinə məxsusdur”.

Ş. Hacıyev deyib ki, artıq doktorantlar üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulub: “Amma magistrlərə möhlət hüququ vermiriksə, doktorantlar üçün bu hüququn verilməsi məntiqsiz səslənilir. Hazırda doktorantlara təhsil aldıqları müddətdə möhlət hüququnun verilməsi nəzərdə tutulur. Onlar 3 il ərzində müdafiə edib elmi dərəcə almalıdırlar. Amma təcrübə göstərir ki, doktorantların heç 10 faizi belə 3 il ərzində müdafiə edə bilmir. İl ərzində cəmi 500 nəfər doktoranturaya qəbul olunur. Onların da yarıdan çoxu qızdır. Buna görə də mənə elə gəlir ki, bu məsələ MM-də müsbət həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR