Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın xarici iqtisadi mövqeyinin 2026-cı ildə əvvəlki proqnozlarla müqayisədə daha sürətlə yaxşılaşacağını gözləyir.
“APA-Economics” xəbər verir ki, bu barədə Fondun 2026-cı ilin oktyabr ayında dərc etdiyi hesabatda bildirilib.
Hesabata əsasən, Azərbaycan və Qazaxıstanın xarici iqtisadi mövqelərinin gözləniləndən daha sürətlə yaxşılaşması əsasən neft gəlirlərinin artması ilə əlaqədardır.
Bununla yanaşı, BVF Azərbaycanda fiskal konsolidasiya siyasətinin davam etdiriləcəyini proqnozlaşdırır. Fondun qiymətləndirməsinə görə, Azərbaycan və Qazaxıstan 2026-cı ildə bu istiqamətdə tədbirlərin icrasını davam etdirəcək.
Azərbaycanda fiskal konsolidasiya siyasətinin 2026-cı ildən sonrakı dövrdə də davam edəcəyi gözlənilir.