Tovuzda yük avtomobili aşıb, sürücü yaralanıb - VİDEO

Tovuzda yük avtomobili aşıb, sürücü yaralanıb - <span style="color: red;">VİDEO
# 25 aprel 2015 12:16 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda sürücünün yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Ramal Zeynalov idarə etdiyi yüklə dolu "Shaqman" markalı iritonnajlı avtomobili aşırıb. Hadisə zamanı sürücüsü R. Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR