TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib

TQDK kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib
# 23 iyul 2015 08:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə qəbul olmuş abituriyentlərə xəbərdarlıq edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları kollecdən əldə edə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR