Qurban Yetirmişli: “Güclü zəlzələnin baş vermə ehtimalı yoxdur”

Qurban Yetirmişli: “Güclü zəlzələnin baş vermə ehtimalı yoxdur”
# 14 oktyabr 2015 12:54 (UTC +04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, sentyabrın 4-də Oğuzla Şəkinin sərhədində baş verən zəlzələnin ocağında indiyə qədər afterşoklar davam edir.

Q. Yetirmişli qeyd edib ki, bir neçə gündür həmin zəlzələ ocağında sakitlik əmələ gəlib: “Bu cür güclü zəlzələdən sonra afterşoklarda durğunluq yaranır, enerji toplanması gedir. Xırda təkanlardan fərqli olaraq sonradan bir az güclü təkanlar qeydə alınır. Dünən Oğuzda baş verən zəlzələni qeyd edə bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR