Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib - APA TV

Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib - <span style="color: red;">APA TV
# 28 mart 2013 12:33 (UTC +04:00)

Bakı – APA TV. Bakı İdman Sarayında gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. 2 gün davam edən yarışda respublikanın 49 klubunu təmsil edən 318 cüdoçu iştirak edib. 21 yaşadək idmançılar arasında ilk dəfə təşkil edilən birincilikdə oğlanlar 8 çəki dərəcəsi üzrə, qızlar isə 7 çəkidə mübarizə aparıblar.

Yarışın birinci günü qızların nəticələri məlum olub. Elvira Butayeva (44 kq), Şəfəq Məmmədova (48 kq), Nəzakət Xəlilova (52 kq), Təhminə Paşazadə (57 kq), Validə Mirzəzadə (63 kq), Günay Alməmmədli (70 kq) və Şəms Əhmədova (78 kq) Azərbaycan çempionu adını qazanıblar.

Ertəsi gün oğlanların yarışında Mehman Sadıxov (55 kq), Oruc Vəlizadə (60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfərli (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Firuddin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq)və Andrey Fətiyev (+100 kq) qızıl medallara sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR