İntensiv yağıntılar nəticəsində cənub bölgəsində evləri su basıb - FOTOSESSİYA - VİDEO

İntensiv yağıntılar nəticəsində cənub bölgəsində evləri su basıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 14:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Son iki gündə respublikanın cənub bölgəsinin bir sıra ərazilərində yağan intensiv yağışlar müəyyən problemlərə səbəb olub. APA-nın yerli bürosunun məlumatına görə, yağıntı daha çox Lənkəran və Astara rayonlarında müşahidə edilib, nəticədə onlarla yaşayış evini su basıb.

Aramsız yağan yağışlar həmçinin magistral yollarda avtomobillərin hərəkətində də çətinliklər yaradıb. Lənkəran-Lerik şosesində xırda torpaq sürüşmələri qeydə alınsa da, 43 saylı Lerik rayon Yol istismarı sahəsinin işçilərinin və ağır texnikasının səyləri sayəsində yolda nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yaranmayıb.

Hidrometeoroloqlar isə çaylarda suyun səviyyəsinin qalxması nəticəsində daşqınların baş verəcəyini istisna etmirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, ən çox su qalxma Lənkərançay, Təngərüd və Vaqo çaylarında müşahidə edilir. Həmin çaylarda suyun səviyyəsi 40-80 santimetr artıb. C.Hüseynov bildirib ki, bölgədə yağıntılar noyabrın 25-dək davam edəcək, Talış dağlarına qar, dağətəyi ərazilərə isə sulu qarın yağacağı gözlənilir.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR