Paşha Bank
Bank Of Baku

Maliyyə naziri: Dəyəri 3 mlrd. manatdan çox dövlət müqaviləsi elektronlaşdırılıb

Maliyyə naziri: Dəyəri 3 mlrd. manatdan çox dövlət müqaviləsi elektronlaşdırılıb
# 22 oktyabr 2026 10:33 (UTC +04:00)

Azərbaycanda cari ilin aprel ayından istifadəyə verilən elektron müqavilə sistemi vasitəsilə 3 milyard manatdan artıq dəyəri olan 7 500 müqavilə elektron qaydada rəsmiləşdirilib.

“APA-Economics” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Nazirin sözlərinə görə, bu, Azərbaycanda dövlət öhdəliklərinin tam elektron uçotuna keçidin başlanması deməkdir.

“Elektron müqavilə sistemi müxtəlif dövlət qurumları tərəfindən imzalanan müqavilələrin vahid məlumat və qiymət bazasının formalaşdırılmasına, dövlət öhdəliklərinin elektron uçotunun aparılmasına imkan verir. Artıq müqavilələrin hazırlanması və imzalanması prosesi cəmi bir iş günü ərzində başa çatdırıla bilir”, – deyə nazir qeyd edib.

Sahil Babayev bildirib ki, bank qarantiyalarının da elektronlaşdırılması təmin olunub. Avans, icra və digər bank qarantiyaları elektron platforma üzərindən rəsmiləşdirilir. Bununla əvvəllər 5–10 iş günü tələb edən prosedurlar əhəmiyyətli dərəcədə sadələşdirilib.

Nazir elektron xəzinədarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR