Moldovanın Azərbaycandakı səfiri: “Ermənistana 1500 ədəd raket satılacağı barədə Moldova mətbuatında yazılanlar təxribat xarakteri daşıyır”

Moldovanın Azərbaycandakı səfiri: “Ermənistana 1500 ədəd raket satılacağı barədə Moldova mətbuatında yazılanlar təxribat xarakteri daşıyır”
# 06 aprel 2013 10:47 (UTC +04:00)

Moldovanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri İqor Bodyu APA-ya bildirib ki, Moldova Müdafiə Nazirliyinin Ermənistana 1500 ədəd C-8 raketi satmağa hazırlaşdığı barədə xəbərlər kökündən yalandır: “Bu məlumat həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır. Xəbəri yayan OMEGA agentliyi müxalifətə yaxın kütləvi informasiya vasitəsidir. Bu agentlik yalan məlumatlar yaymaqla su bulandırır”.

Xatırladaq ki, Moldovanın OMEGA agentliyi hökumətdəki mənbələrə istinadən bu ölkənin Ermənistana 1500 ədəd C-8 raketi satmağa hazırlaşdığı barədə məlumat yayıb. Mənbə agentliyə bildirib ki, KİV-də silah satışı ilə bağlı məsələ qaldırıldıqdan sonra parlament istintaq komissiyasının araşdırmaları ilə əlaqədar silahların sifarişçiyə çatdırılması dayandırılıb: “Bu yaxınlarda Baş Prokurorluğun qərarı ilə saziş “qanuni” sayılıb və silahların çatdırılmasına icazə verilib. Bütün bu işlər baş nazirin göstərişindən sonra həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR