Azərbaycan prezidenti Belçika baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti Belçika baş nazirinin müavinini qəbul edib
# 28 aprel 2015 15:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib, Belçika şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinin önəmi vurğulanıb, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR