26 iyun - Silahlı Qüvvələr günü qeyd edilir - FOTOSESSİYA

26 iyun - Silahlı Qüvvələr günü qeyd edilir - <span style="color: red;">FOTOSESSİYA
# 26 iyun 2016 16:09 (UTC +04:00)

Bakı-APA. 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilir, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR