Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb

Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb
# 14 may 2012 09:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə XI sinif , iyunun 3-də IX sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri üçün imtahan keçiriləcək.

Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyulun 4-də saat 10.00-da XI siniflər, 15.00-da IX sinif şagirdləri imtahan verəcəklər.

M. Abbaszadənin sözlərinə görə, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR