Gələn ay «Parabank»ın Müşahidə Şurasının yeni tərkibi formalaşacaq
29 avqust 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Oktyabrın 10-da Azərbaycanın «Parabank» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın Müşahidə Şurasının yeni tərkibinin formalaşması və 2014-cü il yanvarın 1-dək bankın məcmu kapitalının 50 mln. manata çatdırılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə «Parabank»ın məcmu kapitalı 11,570 mln. manat təşkil edib, bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi var.