Səfir: “Çexiya Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”

Səfir: “Çexiya Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”
# 25 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Çexiya və Azərbaycan arasında müəyyən müsbət əməkdaşlıq təcrübəsi mövcuddur. Bunu APA-ya açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib.

O qeyd edib ki, iki ölkənin nəqliyyat sektorunda əməkdaşlığı da ciddi inkişaf edir. Çexiya şirkətləri Azərbaycanda Bakı-Rusiya sərhədi avtomobil yolunun inşasında, Bakı-Tiflis-Qars dəmir yolunun bərpasında iştirak edirlər.

Səfirin sözlərinə görə, son 5 ildə Çexiya bankları Azərbaycan hökumətinə 826 mln. dollar kredit veriblər. Bu vəsaitlər ilk növbədə Azərbaycanın nəqliyyat sektoruna qoyulub.

R.Matula Azərbaycanla neft-kimya sənayesi, təbii qazın emalı, Bakı Metropoliteninin yeni xətlərinin çəkilişi və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Eyni zamanda Çexiya heyvandarlıq sahəsində təcrübəsini bölüşməkdə maraqlıdır.

Azərbaycanda Çexiyanın mədəniyyət, ənənə və mətbəxinə inamın artdığını nəzərə alaraq bu gün Bakıda “Eden Praqa” restoranının açılış mərasimi keçirilib. Tədbir Çexiyanın Azərbaycandakı səfirliyi və “Azerish Co.” şirkəti tərəfindən təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR