“Azərsu”nun Bakı Baş Səhiyyə İdarəsi və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına qarşı şikayəti təmin olunmayıb

“Azərsu”nun Bakı Baş Səhiyyə İdarəsi və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına qarşı şikayəti təmin olunmayıb
# 14 sentyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin Azərbaycan Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsi və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına qarşı verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Şikayət təmin edilməyib.

Qeyd edək ki, “Azərsu” ASC adı qeyd olunan müəssisələrin su pulu borcunun olduğunu əsas gətirərək əvvəlcə 1 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR