Azərbaycan Mərkəzi Bankı ötən il valyuta sterilizasiyasını kəskin artırıb

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta sterilizasiyasını kəskin artırıb
# 27 fevral 2012 13:02 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın «2011-ci il üzrə Pul siyasəti İcmalı»nda deyilir.

Belə ki, ötən ilin əvvəlindən bəri Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlayıb. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.

İcmala əsasən, Azərbaycanın tədiyyə balansında iri həcmli profisitin yaranması şəraitində valyuta bazarında təklif genişlənib. Lakin, məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün AMB tərəfindən 2011-ci ildə 4 153,2 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib ki, bu da 2010-cu ilin göstəricisindən 3 dəfə çoxdur.

Nəticədə, manatın dollara qarşı məzənnəsi cəmi 1,4% möhkəmlənib və milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR