Dənizkənarı Milli Parkda intihara cəhd edilib

Dənizkənarı Milli Parkda intihara cəhd edilib
# 17 aprel 2012 09:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dənizkənarı Milli Parkda intihara cəhd olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaş xilas edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR