Həştərxanda partlayış baş verən binada xilasetmə-axtarış əməliyyatı başa çatıb

Həştərxanda partlayış baş verən binada xilasetmə-axtarış əməliyyatı başa çatıb
# 29 fevral 2012 09:14 (UTC +04:00)
Bakı-APA. Həştərxanda qaz sızması nəticəsində partlayış baş verən yaşayış binasında xilasetmə-axtarış əməliyyatı başa çatıb. APA-nın məlumatına görə, dağıntılar altından 10 nəfərin meyiti çıxarılıb. Artıq meyitlərin tanınma prosesi başa çatıb. Fövqəladə Hallar nazirliyi hadisə nəticəsində itkin düşənlərin olmadığını açıqlayıb. Partlayış zamanı xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Həştərxan vilayət rəhbərliyi hadisə zamanı zərərçəkənlərin yeni mənzillə təmin olunması və hər ailəyə 1 milyon rubl yardım ödənməsi barədə qərar qəbul edib. Artıq sakinlərin yeni mənzillərə köçürülməsi prosesi başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR